12:32 - 13.09.2022
13 sentyabr, Fineko/abc.az. Bakıda Ələt Azad İqtisadi Zonası (AİZ) ilə İsrailin "BioPharmax" şirkəti arasında birinci müqavilənin imzalanması mərasimi keçirilib.
ABC.AZ xəbər verir ki, sənədi Ələt AİZ-in İdarə heyətinin sədri Valeh Ələsgərov və "BioPharmax"ın baş direktoru Zarel Şen Tov imzalayıb.
Müqavilə "BioPharmax"ın Azərbaycandakı nümayəndəliyi, "BioPharmax AFEZCO"nun tikintisini nəzərdə tutur. V.Ələsgərov qeyd edib ki, İsrail şirkəti üçün üç hektar ərazi ayrılacaq. "Şirkət tibb məhsullarının istehsalında müasir avadanlıqdan istifadə etmək niyyətindədir. Məhsullar isə ilk növbədə ixraca yönəldiləcək", - deyə o bildirib.
26 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026