11:35 - 12.09.2022
12 sentyabr, Fineko/abc.az. 2019-cu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 290,4 min ədəd artıb və 2022-ci ilin 1 sentyabrına 1 milyon 692 mini ötüb.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki,qeyri-neft sektorunun özəl bölməsində isə bu göstərici 260,4 min ədəd artaraq 800,3 min təşkil edib.
Müəllif: Elmir Murad