15:34 - 9.09.2022
9 sentyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, artımdan sonra orta aylıq nominal əməkhaqqı 831,3 manat olub.
Sözügedən dövrdə iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olum. Müqayisə üçün qeyd edək ki.
2021-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artmış və 728,5 manat təşkil etmişdi.
Beləliklə, orta aylıq nominal əməkhaqq 2021-ci ilin iyul ayından 2022-ci ilin iyul ayınadək 102.8 manat, iyun ayı ilə müqayisədə iyul ayında isə 4,2 manat artıb.
Müəllif: Elmir Murad