15:59 - 6.09.2022
6 sentyabr, Fineko/abc.az. Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
ABC.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinın məlumatında bildirilib.
Məlumatda qeyd olunur ki, Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı qəti surətdə təkzib edir.