17:32 - 5.09.2022
5 sentyabr, Fineko/abc.az. “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması istiqamətində işlərə başlanılıb, yun iplik istehsalı sahəsinin qurulması üçün layihə hazırlanıb.
ABC.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncam verib. Sərəncama əsasən, müvafiq şirkətlə bağlanmış müqavilə əsasında bu istehsal sahəsində istifadə olunacaq avadanlıqların həmin şirkət tərəfindən hazırlanması birinci yarım ildə başa çatdırılıb.
Hazırda müəssisənin yerləşəcəyi ərazidə tikinti-quraşdırma işləri davam etdirilməkdədir.
Bununla yanaşı, cari ilin ilk yarısında Şərur Sənaye Məhəlləsində bitki yağı istehsalı, eyni zamanda süd məhsullarının emalı və qablaşdırılması, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi və qurudulması sahələrinin yaradılması da davam etdirilib.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026