11:01 - 5.09.2022
5 sentyabr, Fineko/abc.az. Dövlət Verg Xidməti "Marja İnvest" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
ABC.AZ-ın Report-a istinadən məlumatına görə, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 16, mənzil 55, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Aysel Qüdrət qızı Quliyevadır.