17:09 - 1.09.2022
1 sentyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də İtaliya Prezidenti Sercio Mattarella ilə görüşü olub.
ABC.AZ-ın məlumatına görə, Romanın Kuirinale Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.mAzərbaycan nümayəndə heyəti İtaliya prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edilib.
Sonra birgə foto çəkdirilib.