17:25 - 31.08.2022
31 avqust, Fineko/abc.az. Bildiyiniz kimi Avropada inflyasiya rekord hədd çatıb.
ABC.AZ-ın Rusiya mətbuatına istinadən məlumatına görə, inflyasiya Polşadan da yan keçməyib. Belə ki, Polşada inflyasiya avqustda 16,1%-ə çatıb.
“2022-ci ilin avqust ayında malların və istehlak xidmətlərinin qiymətləri, ilkin hesablamalara görə, 2021-ci ilin avqust ayı ilə müqayisədə 16,1% artıb. Bu, qiymətlərin və malların artımının 16,6% səviyyəsində olduğu 1997-ci ildən bəri ən yüksək göstəricidir. İyul ayı ilə müqayisədə mal və xidmətlərin qiymətləri 0,8% artıb. Ötən ay inflyasiya 15,6% təşkil edib”, - deyə bildirilir.
Polşada ərzaq illik ifadədə 17,4%, enerji resursları 40,3%, yanacaq 23,3% bahalaşıb.
27 Avqust 2026
27 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026