Bu Agentliyin gəlirləri artıb - Hesabat

11:00 - 31.08.2022


31 avqust, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyinin cəmi gəlirləri 32 milyon 453 min 521 manat, cəmi xərcləri 32 milyon 22 min 553 manat təşkil edib.

ABC.AZ audit hesabatına istinadən verir ki, nəticədə, Agentlik ötən ili 430 min 968 manat mənfəət ilə başa vurub.

Ötən ili İqtisadi Zonaların İnkişafı Agentliyinin əsas əməliyyat gəlirləri 30 milyon 320 min 89 manat, sair əməliyyat gəlirləri 2 milyon 132 min 832 manat təşkil edib.