"Ericsson" şirkəti Rusiyadakı nümayəndəliyini bağlayacaq

11:23 - 29.08.2022


29 avqust, Fineko/abc.az. İsveçin "Ericsson" şirkəti ilin sonunadək Rusiyadakı nümayəndəliyini bağlayacaq.

ABC.AZ-ın məlumatına görə, şirkət yaxın vaztlarda Rusiyadakı əməkdaşlarını işdən azad edəcək.

Məlumata görə, şirkət Rusiyada fəaliyyətini tədricən dayandırmaq, bununla belə əməkdaşlara maliyyə və sosial dəstək göstərmək niyyətindədir.

Qeyd edək ki, Şirkət telekommunikasiya avadanlıqlarının istehsalı üzrə ixtisaslaşıb.