11:08 - 25.08.2022
25 avqust, Fineko/abc.az. “Azərxalça” ASC 2021-ci ili üçün maliyyə göstəricilərini bəyan edib.
ABC.AZ səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, qurum sözügedən dövrü 3,199 milyon manat zərələ başa vurub.
Bu isə 2020-ci illə müqayisədə 2,6 % az deməkdir. Bununla belə, şirkətin yığılmış zərəri 23,1% artaraq 17,039 milyon manata çatıb.
Qeyd edək ki, ötən il “Azərxalça”nın satışdan gəlirləri 1,607 milyon manat (əvvəlki ilə nisbətən 3,2 dəfə az), satışının maya dəyəri 1,215 milyon manat (3,8 dəfə az), sair gəlirləri 0,412 milyon manat (2,8 dəfə az), inzibati və əməliyyat xərcləri 4,185 milyon manat (17,8 % az), faiz gəlirləri 0,182 milyon (əvvəlki il olmayıb) təşkil edib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026