10:10 - 24.08.2022
24 avqust, Fineko/abc.az. Ağ Ev 2022-ci ildə ABŞ iqtisadiyyatının artım proqnozunu 3,8 faizdən 1,4 faizə endirib.
ABC.AZ xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyasının Konqresə təqdim etdiyi 2023-cü maliyyə ili üçün büdcə təklifində iqtisadi proqnozlara yenidən baxılıb.
Belə ki, ABŞ iqtisadiyyatının bu il 1,4 faiz, gələn il 1,8 faiz, 2024-cü ildə isə 2 faiz artacağı təxmin edilir.
Mart ayında ölkə iqtisadiyyatı ilə bağlı proqnozlarda iqtisadiyyatın bu il 3,8 faiz, gələn il 2,5 faiz, 2024-cü ildə isə 2,1 faiz artacağı proqnozlaşdırılırdı.
Bu il üçün inflyasiya proqnozları 6,6 faiz, gələn il üçün 2,8 faiz, 2024-cü il üçün isə 2,3 faiz təşkil edir.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026