11:19 - 19.08.2022
19 avqust, Fineko/abc.az. İngiltərədə illik inflyasiya keçən ay 10%-i keçib.
ABC.AZ xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyada iyulda illik inflyasiya 10,1% təşkil edib ki, bu səviyyədən yuxarı, sonuncu dəfə 1982-ci ilin fevralında 10,2% olub.
İyun ayında istehlak qiymətləri 9,4% artıb. Ərzaq və alkoqolsuz içkilərin qiymətləri ən çox bahalaşıb, ev heyvanları üçün qida və gigiyena vasitələrinin qiymətləri də artıb.
İngiltərə Bankı sonuncu dəfə avqustun 4-də əsas uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 1,75%-ə çatdırıb ki, bu da son 27 ilin ən kəskin artımı olub.
Proqnozlara görə, ilin sonuna qədər inflyasiya 13%-ə yüksələcək. Dördüncü rübdə İngiltərə Bankı tənəzzülü proqnozlaşdırır.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026