Yeddi ayda Azərbaycana 14 mln. dollar dəyərində qarğıdalı idxal edilib

17:35 - 18.08.2022


18 avqust, Fineko/abc.az.Cari ilin yeddi ayında Azərbaycana 14 milyon 624.26 min dollar dəyərində 39 min 642.75 ton qarğıdalı idxal edilib.

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir.
Bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən qarğıdalının dəyəri 64,2%, həcmi isə 2 dəfə artıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən qarğıdalının hər tonunun orta qiyməti isə 19,2% azalıb. Belə ki, 2021-ci ilin yeddi ayında bir ton qarğıdalının Azərbaycana idxalı orta hesabla 456,7 dollara başa gəlibsə, bu ilin eyni dövründə bu rəqəm 368,9 dollara enib.