17:29 - 18.08.2022
18 avqust, Fineko/abc.az. 2022-ci ilin yeddi ayında Azərbaycan 142 milyon 178.62 min ABŞ dolları dəyərində 60 min 614.99 ton pambıq lifi ixrac edib.
Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir.
Qeyd edilir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə xaricə ixrac edilən pambıq lifinin dəyəri 5,4% artıb, həcmi isə 31,5% azalıb. İxrac edilən pambıq lifinin həcminin azalmasına baxmayaraq ixracdan gələn gəlirlərin artması orta qiymətin artması ilə bağlıdır.Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə pambıq lifinin hər tonunun orta qiyməti 53,8% artıb. 2021-ci ilin yeddi ayında bir ton pambıq lifi orta hesabla 1525,4 dollara ixrac edilibsə, bu ilin eyni dövründə bu rəqəm 2345,6 dollara yüksəlib.
Bu dövrdə 25 milyon 268 min manat dəyərində 6 min 45.34 ton iplik pambıq ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,3% və 40,6% azdır.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026