15:46 - 18.08.2022
18 avqust, Fineko/abc.az. Avro Bölgəsində illik inflyasiya iyul ayında enerji qiymətlərinin artması səbəbindən 8,9 faizlə rekord səviyyəyə çatıb.
ABC.AZ xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) iyul ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üçün illik inflyasiya məlumatlarında açıqlayıb.
Buna görə, Avro Bölgəsində iyunda yüzdə 8,6 olan illik inflyasiya, gözləntilərə uyğun olaraq iyulda yüzdə 8,9-a yüksəldi.
Aİ-də iyunda 9,6 faiz olan illik inflyasiya iyulda 9,8 faiz olub.
Keçən ilin iyul ayında sözügedən inflyasiya Avro Bölgəsində 2,2 faiz, Aİ-də isə 2,5 faiz idi.
Beləliklə, iyul ayında Avro zonasında inflyasiya Eurostat tərəfindən məlumatların toplandığı son 25 ildə ölçülən ən yüksək səviyyədə olub.
21 Avqust 2026
21 Avqust 2026