14:30 - 18.08.2022
18 avqust, Fineko/abc.az. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 25 milyard 885,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 19 milyard 528,6 milyon dollar, idxalın dəyəri 6 milyard 357 milyon dollar təşkil edib, nəticədə 13 milyard 171,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.
Qeyd olunur ki, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 73,4 faiz, real ifadədə isə 8,1 faiz artıb.
İxrac real ifadədə 14,4 faiz artıb, idxal isə 2,9 faiz azalıb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026