10:01 - 16.08.2022
16 avqust, Fineko/abc.az. Türkiyə Milli Müdafiə Nazirliyi daha 5 taxıl daşıyan gəminin Ukraynanı tərk etdiyini bildirib.
ABC.AZ türk mediyasına istinadla xəbər verir ki, taxıl daşınması çərçivəsində qarğıdalı və buğda yüklü 5 gəmi, 2-si Yujnı, 3-ü Çernomorsk limanlarından Ukrayna limanlarından yola düşüb.
Açıqlamada o da qeyd olunub ki, bu gün Ukrayna limanlarına gedəcək 4 gəmi Birgə Koordinasiya Mərkəzi tərəfindən yoxlanılacaq.
8 Avqust 2026
8 Avqust 2026