11:36 - 29.05.2018
29 may, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 2,57 dollar (3,21%) azalıb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 77,55 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin iyul ayının fyuçersinin qiyməti 1,09 dollar (1,61%) azalmışdır və hazırda 66,79 dollar/barelə təşkil etmişdir.
Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftə olan iyul fyuçerslərin qiyməti 0,25 dollar (0,33%) qalxaraq 75,55 dollar / barelə təşkil edir.
“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi hazırda 8,76 dollar / barelə təşkil edir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026