10:48 - 25.07.2022
25 iyul, Fineko/abc.az. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib.
ABC.AZ xəbər verir ki, bu barədə beynəlxalq agentliyin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, reytinqlərin proqnozu “sabit”dir.
Qeyd edək ki, reytinqlər agentliyin əlverişli karbohidrogen qiymətləri və artan qaz ixracının 2022-2023-cü illərdə Azərbaycanın maliyyə vəziyyətini və tədiyyə balansını dəstəkləyəcəyini, habelə Ukraynadakı vəziyyətin Azərbaycan üçün mənfi nəticələrinin məhdud olaraq qalacağı ilə bağlı gözləntilərini əks etdirir.
Agentlik qeyd edib ki, yataqlar köhnəldikcə neft hasilatının gözlənildiyindən daha tez azalacağı təqdirdə reytinqlər aşağı salına bilər. Bildirilib ki, hökumət bəzi struktur maneələri aradan qaldırmaq üçün islahatları davam etdirərsə, əksinə, reytinq yüksəldilə bilər.