10:36 - 22.07.2022
22 iyul, Fineko/abc.az. Hesablama Palatası tərəfindən ortamüddətli xərclər çərçivəsinin bəzi pilot bölmələri üzrə nəzarət tədbirləri keçirilir.
ABC.AZ Oxu.Az-a istinadən xəbər verir ki, ilk dəfə olaraq analitik fəaliyyət çərçivəsində funksional təsnifatın “Təhsil” və “Ətraf mühitin mühafizəsi” bölmələrində müvafiq olaraq Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərində ortamüddətli xərclər çərçivəsi üzrə göstəricilərin təhlilinə başlanılıb.
Eyni zamanda, Hesablama Palatası dövlət büdcəsindən ayrılmış əsaslı xərclərin maliyyə hesabatlarında əks etdirilməsi vəziyyətini araşdırır.
Aparılan planlaşdırma işlərinin nəticələri əsasında müvafiq nəzarət tədbirinin keçirilməsi məqsədilə İş Planına əlavə edilə bilər.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026