11:58 - 15.07.2022
15 iyul, Fineko/abc.az. Belarus xarici borcunu ödəməkdən yayınıb.
ABC.AZ xəbər verir ki, belə qənaətə beynəlxalq reytinq agentliyi Moody's gəlib.
Belə ki, Belarus-27 avrobondları üzrə Belarusun 22,9 milyon dollar ödəməli olduğu güzəşt müddəti iyunun 13-də başa çatıb. Maliyyə Nazirliyi ödənişləri Belarus rublu ilə həyata keçirib, nəticədə istiqraz sahibləri onları ala bilməyib. Moody's bunu defolt hesab edir.
Belarus Rusiyadan sonra iyunun sonunda xarici borc öhdəliklərinin milli valyutada ödənilməsinə keçib.