15:01 - 13.07.2022
13 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi millət vəkili Vüqar Bayramov dollar və avronun məzənnəsi barədə danışıb.
O qeyd edib ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsində kəskin artımlara getməsi də avro daxil olmaqla digər səbət valyutalarının dollara olan kursuna təsirsiz ötüşmür.
ABC.AZ xəbər verir ki, deputat daha sonra bunları deyib: “Ötən ay FED dərəcəni 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu 1994-cü ildən bəri ən yüksək artım idi. İyul ayında da ABŞ-da uçot dərəcəsinin yenidən artırılacağını istisna etmirlər. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 1,75 baza bəndi artıraraq 3.4 faizə çatdırılacağını bildirirlər.
Son 1 ildə avro 18 faiz dəyər itirib - Vüqar Bayramov
Avrozonada inflyasiya səviyyəsi kifayət qədər yüksəkdir
FED bu il 2 faizlik inflyasiya hədəfləsə də artıq 12 aylıq qiymət artımı səviyyəsi 7.0 faizə yaxınlaşır. Bu son 40 ildə ABŞ-da ən yüksək inflyasiya göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatlar ÜDM-də artım 2.8 % proqnoza qarşı 1.7 faiz olub. Bütün bunlar FED-in kəskin dərəcə artımlarına getməyə məcbur edib. Nəticədə isə dolların kəskin möhkəmlənməsi ilə müşahidə edilir”.