16:29 - 30.06.2022
30 iyun, Fineko/abc.az. Bugün Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zamanət Fondu” ASC–nin 25 milyon manat həcmində, 7200 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 1 investor tərəfindən bir sifariş təqdim edilib.
Hərrac qiyməti 1000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 milyon manat olub. İstiqrazlar 2042-ci il martın 17-də ödəniləcək.
27 İyul 2026