"Bakı Banklararsı Valyuta Birjası" QSC bağlandı

12:14 - 9.06.2022


9 iyun, Fineko/abc.az. "Bakı Banklararsı Valyuta Birjası" QSC (BBVB) ləğv olunduğunu elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti yayıb.

Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 75 (“Winter Park Plaza” iş mərkəzi, 304-cü otaq) ünvanına bildirə bilərlər.

Xatırladaq ki, BBVB 1993-cü ilin iyul ayında yaradılıb, 2015-ci ilin iyun ayında, Azərbaycan manatının ilk devalvasiyasından sonra fəaliyyətini dayandırıb.