“Emerson Electric” şirkəti Rusiyadan gedir

17:06 - 5.05.2022


5 may, Fineko/abc.az. ABŞ-ın “Emerson Electric” şirkətinin rəhbərliyi Rusiya bazarından çıxma prosesinə hazırlaşdığını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Hesabatda qeyd edilib ki, “Emerson”un Rusiya bazarından çıxmasının bir hissəsi olaraq şirkət Rusiyadakı istehsalat bölməsi olan “Metran”ın satışı üçün strateji variantları araşdırır.

Qeyd edək ki, “Emerson”- mərkəzi ofisi Missuridə yerləşən çoxmillətli korporasiyadır.

Dünyanın 500 ən böyük şirkəti siyahısına daxil edilib. Şirkət sənaye, ticarət və istehlak bazarları üçün texnoloji həllər təklif edir.

Müəllif: Elmir Murad