16:28 - 21.04.2022
21 aprel, Fineko/abc.az. Mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi prosesinin nəzərdə tutulandan daha tez yekunlaşacağı proqnazlaşdırılır.
ABC.AZ-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən görülən tədbirlər, aparılan təbliğat işləri nəticəsində ötən ilin dekabr ayından 18 aprel 2022-ci il tarixinədək mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarına sahib olan 17.742 ailənin ərizəsi qəbul olunub. 9.521 torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb.
Xidmət tərəfindən ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri qanunvericiliklə müəyyən olunmuş müddətdə təqdim ediləcək.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026