14:58 - 18.04.2022
18 aprel, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter hesabənda paylaşım edib.
ABC.AZ-ın məlumatına görə, nazir bu ilin yanvar-mart ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar artıb.
Nazir qeyd edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 76,5% artaraq 6 milyon 371,3 min manat olub.
"Həyata keçirilən iqtisadi islahatlar nəticəsində ötən rüb ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8% artaraq 30 mlrd. 37 mln. manat olub", - deyə nazir qeyd edib.
Müəllif: Elmir Murad
30 İyul 2026
29 İyul 2026