15:16 - 13.04.2022
13 aprel, Fineko/abc.az. Böyük Britaniyada illik inflyasiya mart ayında 7 faiz təşkil edərək 1992-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniyada inflyasiya gözləntiləri üstələyib və son 30 ilin ən yüksək səviyyəsinə yüksəlib. Belə ki, adıçəkilən ölkədə İllik inflyasiya 7 faizə yüksəlib.
Müqayisə üçün qeyd edək ki, fevralda inflyasiya 6,2 faiz təşkil edib.
Onu da qeyd edək ki, İngiltərədə inflyasiya ardıcıl 6 aydır hədəfdən yüksək olub. Ekspertlər restoran, enerji, otel, mebel, geyim və ayaqqabı qiymətlərindəki artımln inflyasiyanın çoxalmasına səbəb olub.