İstanbulda inflyasiya son 20 ilin pik həddinə çatıb - Qiymətlər kəskin artıb

16:05 - 1.04.2022


1 aprel, Fineko/abc.az. İstanbulda pərakəndə satış qiymətləri mart ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 63,25 faiz artıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə İstanbul Ticarət Palatasının mart hesabatında qeyd edilib. Hesabata əsasən, fevral ayında İstanbulda pərakəndə satış qiymətləri illik müqayisədə 55,32 faiz artmışdı. İnflyasiyaya gəlincə isə mart ayında İstanbulda pərakəndə satış qiymətlərində illik inflyasiya 63,25-ə faizə çatıb.

Beləliklə, 2002-ci ildən bəri ən yüksək illik inflyasiya qeydə alınıb. 2022-ci ilin mart ayında əvvəlki ayla müqayisədə pərakəndə satış qiymətləri 17,40 faiz, mədəniyyət, təhsil və əyləncə xərcləri 17,40 faiz, məişət məmulatları 8,99 faiz, nəqliyyat və rabitə xərclərində 8,12 faiz, ərzaq xərclərində 6,16 faiz, mənzil xərcləri 5 faiz, 02 , 4,06 faiz geyim, 0,42 faiz digər xərclər qrupunda artım müşahidə edilib.

Müəllif: Elmir Murad