15:53 - 1.04.2022
1 aprel, Fineko/abc.az. Rusiyanın Ukraynaya müdaxiləsi qlobal təchizat zəncirində yeni gərginliklərə səbəb olduğu üçün Avrozonada inflyasiya rekord həddə çatıb.
ABC.AZ-ın məlumatına görə, Avrozonada inflyasiya mart ayında bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib. Belə ki, martda inflyasiya illik 5,9 faizdən 7,5 faizə yüksəlib. Amma gözlənti 6,7 faiz idi.
Baza inflyasiyası da 2,7 faizdən 3 faizə yüksəlib. İnflyasiyanın yüksəlməsi Avropa Mərkəzi Bankının faiz artımı gözləntilərinin gecikməsinə səbəb olub.
21 Avqust 2026
19 Avqust 2026