Mərkəzi Bank hesabat açıqladı - Banklar bu qədər xalis mənfəət əldə edib

14:46 - 29.03.2022


29 mart, Fineko/abc.az. 2022-ci ilin yanvar-fevral aylarında banklar 107.7 mln. manat xalis mənfəət, 161.8 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın hesabat xarakterli açıqlamasında qeyd edilib. Sözügedən hesabatda vurğulanıb ki, cari ilin 2 ayında banklar tərəfindən 29.5 mln. manat məbləğində mənfəət vergisi ödənilib.

"Cari ilin fevral ayında manatla geniş mənada pul kütləsi (M2) əvvəlki ilin müvafiq dövrünə nəzərən 17.5% artaraq 23,010.4 mln. manat təşkil edib. Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 271.2 mln. manat artaraq 1,334.4 mln. manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin cari hesablarının həcmindəki artım ilə əlaqədardır" deyə Mərkəzi Bankın məlumatında qeyd edilib.