15:37 - 15.03.2022
15 mart, Fineko/abc.az. 2022-ci ilin yanavar-fevral aylarında azərbaycanlılar Türkiyədə 182 mənzil alıblar. ABC.AZ Türkiyə Statistika Xidmətinə istinadən xəbər verir ki, azərbaycanlılar yanvarda 89, fevralda 93 mənzil alıblar.
Xatırladaq ki, azərbaycanlılar 2021-ci ilin ynavar-fevral aylarında Türkiyədə 145, təkcə yanvar ayında 68, fevralda isə 77 mənzil alıblar.
Bununla yanaşı, azərbaycanlılar Türkiyədə 2020-ci ildə 1279, 2021-ci ildə isə 1517 mənzilə sahib olublar.
Müəllif: Elmir Murad
30 İyul 2026
29 İyul 2026