16:04 - 2.03.2022
2 mart, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı 3 mart 2022-ci il tarixinə dolların rəsmi məzənnəsini 103,2487 rubl səviyyəsində müəyyən edib ki, bu da əvvəlki göstəricidən 11 rubl 50,3 qəpik çoxdur.
ABC.AZ xəbər verir ki, Avronun rəsmi məzənnəsi 11 rubl 64,32 qəpik artaraq 114,5544 rubl müəyyən edilib.
Saat 14:52-yə olan məlumata görə, Moskva birjasında ticarət zamanı dolların məzənnəsi 107,04 rubl (+5,74%) səviyyəsində olub, avronun məzənnəsi isə 120,06 rubla (+6,52%) yüksəlib.
Martın 2-də Moskva birjasında hərraclar zamanı dollar və avronun məzənnələri öz tarixi maksimumlarını yeniləyib.
Dollar 110 rublu, avro isə 122 rublu ötüb.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026