Rusiyanın 7 Bankını SWIFT-dən ayıracaqlar - Razılıq əldə olundu

10:04 - 2.03.2022


2 mart, Fineko/abc.az. Rusiyaya qarşı sanksiyalar çərçivəsində Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Rusiyanın SWIFT qlobal ödəniş sistemindən ayrılacaq yeddi bankının siyahısını təsdiqləyiblər.

ABC.AZ xəbər verir ki, onların arasında VEB bank da var.

Bununla yanaşı Avropa İttifaqının daimi nümayəndələri Rusiyanın yeddi bankını SWIFT maliyyə sistemindən ayırmağı razılaşdırıblar.

Həmçinin qurum “Sovkombank”, “Rossiya” və “Otkritie”, “Novikombank”ı da SWIFT-dən ayırmağa hazırlaşır.