Banklar valyuta hərracında tələbi 39,5% artırıblar

12:31 - 1.03.2022


1 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, martın 1-də valyuta hərracında $63,2 mln satılıb ki, bu da ötən hərracda olduğundan $17,9 mln (39,51%) çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $63,2 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.