12:38 - 24.02.2022
24 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatında deyilir ki, fevralın 24-də baş tutmuş valyuta hərracında $45,3 mln satılıb ki, bu da ötən hərracda olduğundan $3 mln (6,21%) azdır.
"Valyuta hərracında banklar tərəfindən tələb $45,3 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.
Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026