Azərbaycanda illik inflyasiya bankların təklif etdikləri əmanət faizlərini üstələyib

16:25 - 22.02.2022


22 fevral, Fineko/abc.az. Xəbər verditimiz kimi 2022-ci ilin yanvar ayında Azərbaycandakı Banklarda müddətli depozitlər 52,4 milyon manat artıb.

ABC.AZ-ın məlumatına görə, müddətli depozitlər ötən ilin noyabr ayında 160,2 milyon manat, dekabr ayında 80,2 milyon manat artmışdı.

Tələbli əmanətlərin artım tempinin aydan-aya azalması inflyasiya ilə əlqaqədr olaraq manat əmanətlərinə olan tələbin azaldığını göstərir.

Azərbaycanda illik inflyasiya (12,5%) bankların təklif etdikləri əmanət faizlərini (əsasən 6-11% civarında) üstələyib. Qısası, əmanətətçilər real olaraq zərər ilə üzləşiblər.

Müəllif: Elmir Murad