Azərbaycan Banklarında ən çox artan kredit növləri - Siyahı

15:50 - 22.02.2022


22 fevral, Fineko/abc.az. 2022-ci ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 122,3 milyon manat artaraq 16 milyard 781,4 milyon manata çatıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin sonunda bankların müştərilərə verdiyi cəmi kreditlər 16 milyard 659,1 milyon manata çatmışdı. Dekabr ayında cəmi kredit qoyuluşları 377,1 milyon manat artmışdı. Beləliklə, dekabr ayı ilə müqayisədə yanvarda artım tempi 3,1 dəfə azalıb.

2022-ci ilin yanvar ayında biznes kreditləri 6,5 milyon manat artaraq 9 milyard 746,5 milyon manata, istehlak kreditləri 98,6 milyon manat artaraq 4 milyard 617 milyon manata, ipoteka kreditləri isə 17,2 milyon manat artaraq 2 milyard 417,9 milyon manata çatıb.