Bakıda beynəlxalq ekoloji konfrans keçiriləcək - Bu tarixdə

17:20 - 21.02.2022


21 fevral, Fineko/abc.az. Martın 16-da Bakıda “Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü”nün (CEPI) təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə “Dekorbanizasiya və yeni enerjiyə keçid” mövzusunda Beynəlxalq Ekoloji Konfrans keçiriləcək.

SOCAR-dan ABC.AZ-a verilən məlumata görə, konfrans iqlim dəyişmələrinin ətraf mühitə təsirinin azaldılması və qlobal miqyasda ekoloji təhlükəsizliyin təbliği məqsədi ilə təşkil olunacaq.

Tədbirdə Azərbaycan Respublikasının dövlət qurumları ilə yanaşı, Birləşmiş Krallığın Lordlar Palatası üzvlərinin, ölkədə fəaliyyət göstərən bir sıra səfirliklərin, eləcə də BMT-nin İnkişaf Proqramı, Dünya Bankı təmsilçilərinin, BP, “KazMunayGaz”, “Total E&P Absheron B.V.”, “Equinor”, “Rosneft”, “Lukoil” kimi neft-qaz şirkətlərinin rəhbərlərinin, həmçinin, yerli və xarici elmi-tədqiqat müəssisələrinin, maliyyə institutlarının, diplomatik korpus və media nümayəndələrinin iştirakı nəzərdə tutulur.