Qızıl kəskin bahalaşdı - 1900 dolları keçdi

11:40 - 18.02.2022


18 fevral, Fineko/abc.az. Dünya bazarında qızılın qiyməti 2021-ci ilin iyun ayından bugünədək ilk dəfə bir unsiya üçün 1 900 ABŞ dollarını ötüb.

ABC.AZ xəbər verir ki, "Comex" birjasında ticarət sessiyasında qızılın qiyməti ABŞ-da geosiyasi gərginlik və yüksək inflyasiya fonunda maksimuma çatıb.

Qiymətli metalın qiyməti sessiyanın başlanğıcında 1,3% artaraq bir unsiya üçün 1895,8 ABŞ dolları olub.