Banklar valyuta hərracında tələbi 16,3% artırıblar

12:35 - 17.02.2022


17 fevral,  Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, fevralın 17-də valyuta hərracında $48,5 mln satılıb ki, bu da ötən hərracda olduğundan $6,8 mln (16,31%) çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $48,5 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.