Əhalinin Azərbaycan banklarında bu qədər pulu var

10:39 - 17.02.2022


17 fevral, Fineko/abc.az. Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 13 faiz artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, həmin məbləğ 2022-ci il yanvar ayının 1-nə milli valyuta ekvivalentində 9 milyard 241,5 milyon manat təşkil edib.

Əmanətlərin 59 faizi milli, 41 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,4 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 8,7 faiz azalıb.

Müəllif: Elmir Murad