Azərbaycan vətəndaşları Ermənistanda 6 daşınmaz əmlak alıb

15:06 - 15.02.2022


15 fevral, Fineko/abc.az. Azərbaycan vətəndaşları Ermənistanda azı 6 daşınmaz əmlak alıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq ölkənin Kadastr Komitəsi verib.

Məlumata görəç sözügedən alqı-satqı işləri 2010-2021-ci illərdə həyata keçirilib.

Belə ki, qeyd olunan dövrdə Ermənistanda ümumi olaraq 71 Türkiyə, 6 Azərbaycan vətəndaşı tərəfindən daşınmaz əmlak hüququnun qeydiyyatı aparılıb.

Komitədən bildirilib ki, 2012-ci ildə isə Azərbaycan vətəndaşları Ermənistanda 2 ədəd, 2018 və 2019-cu illərdə 1 mənzil alıb. Daha bir mənzil isə 2012-ci ildə Azərbaycan vətəndaşına pay olaraq verilib. Bununla yanaşı, digər bir ölkə vətəndaşı ictimai əhəmiyyətli obyekt alıb.

Qeyd olunur ki, burada söhbət Azərbaycan vətəndaşı olan şəxslərdən gedir, onların etnik mənsubiyyətindən deyil. Vurğulanır ki, Ermənistanda daşınmaz əmlak alan şəxslərin milliyətcə azərbaycanlı olub-olmadığını dəqiqliklə demək mümkün deyil.

Müəllif: Elmir Murad