Banklar valyuta hərracında tələbi artırıblar

13:58 - 15.02.2022


15 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, fevralın 15-də baş tutan valyuta hərracında $41,7 mln satılıb ki, bu da ötən hərracda olduğundan $5,6 mln (15,51%) çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $41,7 mln.təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.