16:59 - 14.02.2022
14 fevral, Fineko/abc.az. “Vornado” MMC (VÖEN- 1702747831) fəaliyyətinə xitam verilərək “Baku Hospitality Group” MMC-yə (VÖEN- 1702206281) qoşulduğunu elan edib.
ABC.AZ yeniavaz-a istinadla xəbər verir ki, “Baku Hospitality Group” MMC “Vornado” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.
Məlumat üçün bildirək ki, Nizamnamə kapitalı 25 milyon 360 min 756 manat olan “Vornado” MMC 19.11.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb.
MMC-nin qanuni təmsilçisi Əhmədli Orxan Subutay oğludur.
“Baku Hospitality Group” MMC isə 27.07.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 1 000 manat olan MMC-nin qanuni təmsilçisi Əmikişiyev Elnur Vidadi oğludur.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026