16:49 - 11.02.2022
11 fevral, Fineko/abc.az. Rəsmi məlumatlar görə, Azərbaycanda illik inflyasiya 2015-ci ildə 4%, 2016-cı ildə 12,4%, 2017-ci ildə 12,9%, 2018-ci ildə 2,3%, 2019-cu ildə 2,6%, 2020-ci ildə 2,8%, 2021-ci ildə 6,7% təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bu Dövlət Statistika Komitəsinin yaydığı açıqlama da öz əksini tapıb. Qeyd edilib ki, ərzaq inflyasiyası rəqəmləri daha yüksək olub.
Rəsmi inflyasiya rəqəmlərinə əsasən, ötən 6 il ərzində Azərbaycan mantının alıcılıq qabiliyyəti təxminən 50%-ə yaxın azalıb.
Həqiqi inflyasiyanın rəsmi inflyasiyadan azı 2 dəfə çox olduğu bildirilir. Hər birimiz, Dövlət Statistika Komitəsinin qiymətlərin artması barədə məlumatlarının (inflyasiya göstəricilərinin) bazarlardakı qiymət artımlarından çox aşağı olduğunu müşahidə edirik.
Yüksək inflyasiya ilə milli valyutanın alıcılıq qabiliyyətinin azalması Manatda növbəti devalvasiya təzyiqini artırır. Bugün hər 100 dolların qarşılığı olan 170 manata əvvəlki sayda mal və xidmətlər almaq mümkün deyil. Eyni sayda mal və xidmətləri almaq üçün bugün təxminən 250 manat tələb olunur.
Dünyada koronavirus pandemiyasının və iqlim dəyişikliyinin mənfi təsirlərilə əlaqədar olaraq qiymətlər sürətlə yüksəlir, ölkələrin milli valyutalarının alıcılıq qabiliyyətləri azalır. Azərbaycan manatının da alıcılıq qabiliyyəti düşməkdədir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur. İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub. Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026