Azərbaycanda yeni pul nişanları tədavülə buraxılıb

10:26 - 11.02.2022


11 fevral, Fineko/abc.az. Bu gündən Azərbaycan Mərkəzi Bankı 30 illik yubileyi ərəfəsində yenilənmiş 20 manatlıq əskinasları tədavülə buraxıb.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, yeni pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

“Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıqların mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.

Artıq ölkə ərazisində istifadə edilən bütün nağd pul sistemləri və avadanlıqları yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılıb (adaptasiya edilib).