Azərbaycanda depozit portfeli azalan və artan Banklar - Siyahı

11:54 - 10.02.2022


10 fevral, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan bir neçəsinin bu il yanvarın 1-nə depozit portfeli illik müqayisədə az olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Günay Bank”, “Azərbaycan Sənaye Bankı” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır. Ən çox azalma Pakistan bankında (80,3%), ən az azalma isə “Günay Bank”da (1%) qeydə alınıb.

Qalan 22 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika “Yelo Bank” ASC-də (50%), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (0,3%) qeydə alınıb.