11:24 - 4.02.2022
4 fevral, Fineko/abc.az. Hazırda Azərbaycanda 2 Türkiyə bankının törəmələri – “Yapı Kredi Bank Azərbaycan” QSC və “Ziraat Bank Azərbaycan” ASC fəaliyyət göstərirlər.
ABC.AZ-ın məlumatına görə, ötən il bu iki bankın cəmi kredit portfeli 98 milyon 464 min manat artaraq 406 milyon 126 min manata çatıb.
Belə ki, “Ziraat Bank Azərbaycan” tərəfindən 2021-ci ildə müştərilərə verilmiş kreditlər 2020-ci illə müqayisədə 72 milyon 903 min manat və ya 46% artaraq 231 milyon 212 min manata yüksəlib.
“Yapı Kredi Bank Azərbaycan” tərəfindən 2021-ci ildə müştlrəilərə verilmiş kreditlər 2020-ci illə müqayisədə 25 milyon 561 min manat və ya 17,1% artaraq 174 milyon 914 min manata yüksəlib.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026